Ay üzə-üzə
Qəm məni çulğayıb saldı dəryaya,Cəhd eylədim çıxam ay üzə-üzə.Oğrun-oğrun öz oduma yanıram,Qəza vurub saldı ay üzə-üzə.
Yarananda borclu olub bir cana,Bənzəmədim nə sultana, nə xana.Dolandım dünyanı, bildim əfsana,Bu cavan canımı ay üzə-üzə.
O gün olarmı ki, şad olub gülək,Sən əydin qəddimi, ay qoca fələk.Alı, yaradandan sən eylə dilək, -O, deyər dərdini ay üzə, üzə.
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-ali-ay-uze-uze
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Fate
نه با خورشید و مه این چرخ بازیگر کند بازی
خم چوگان این بیدادگر با سر کند بازی
Gəraylı: Məgər bir can nolur, bilməmMəgər bir can nolur, bilməm,Bu qədri dərd-ü-qəm çəksin,
Ey nihali-sərv, sərvi-qamətin şərməndəsiEy nihali-sərv, sərvi-qamətin şərməndəsi,Abi-heyvan çeşməsi, şirin dodağın sədqəsi.
Könül, bu gün ki, müyəssərdi vəsli-yar sənəKönül, bu gün ki, müyəssərdi vəsli-yar sənə,Təqafül etmə, baxar kəc bu ruzigar sənə.