Axşamdan yağan qar yağdı, bağladı;Kəsildi bulaqdan yolu qızların.Səhər tezdən çeşmə üstə varandaÜşüyər ayağı, eli qızların.

Səhəngin doldurub qoyar görkəndə,Nə ki gözəllər var yığılıb kəndə.Kəmərin bağlayıb gərdən çəkəndəƏyrəmçədən keçər beli qızların.

Aşıq Alı vəsfin söyləyər saza,Həmişə müştaqdır şahin şahbaza,Başlayanda kəklik kimi avazaŞəkərdən şirindir dili qızların.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets