Yaxşıdı
Ay ağalar, gəlin sizə söyləyim,Nə cür olsa yenə vətən yaxşıdı.Qohum, qardaş, dost-müsahib görəndə,Şəfa tapar yaralarım, yaxşıdı.
Bivəfaynan sən dost olma, kənar gəz,Şam-çıraq olmasa, əldə fənər gəz.Başa düşər öz hesabın qanar, gəz,-Min qarğadan bircə qırğı yaxşıdı.
Bıçarə Alıyı gətirdin dilə,Bülbül də müştaqdı budaqda gülə,Sar quşları şikar etsə yüz ilə,Qoca olsa yenə tərlan yaxşıdı.
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-ali-yaxsidi
Use ← → keys to move, R for a random poem
More by this author
Dəsti-canan sayalıdı əzəldən,Yaranda yaranı nə yaxşı yara.
Yar asa səniYaxşi aşiq, çalış yaxşı yara yet,Sağaldar, cəsədin yarasa, səni.
Yara yarQəddah qəhr eyləsə, dərdi sər artar,Sədasından həsrət qalar yara yar.
Ay eylər qıj-qıjYağar leysan, dağlar qarı əridər,Sel gələr dərədən ay eylər qıj-qıj.
Poems by other poets
Qanamıq məni, doğrusın deyim,Məni yüz min dərdə salan yar budur
Gəraylı: Fələk, sənə nə adətdirFələk, sənə nə adətdir,Ayrılmaq yarı yarından,
Mürəbbə: Bu məkanda müşk ənbər yeri varBu məkanda müşk ənbər yeri varQara gözlüm gəzən yerdir bu yerlər
Ya mən deyiləmNə baxırsan gözü qanlı haramı?Sən deyən günahkar ya mən deyiləm.