Yağar leysan, dağlar qarı əridər,Sel gələr dərədən ay eylər qıj-qıj.Çaylar axar sellər, selə qarışar,Səslənər, çağlayar ay eylər qıj-qıj.

Leylinin sinəsi ha qaşa dəyər,Aşığın sinəsi ataşa dəyər,Daşar sellər, sular ha daşa dəyər,Qayalar dil açar ay eylər qıj-qıj.

Alı deyər sel gətirər lil qalar,Axar Araz, dalğalanar, lil qalar,Yel əsəndə dəryalarda dalğalarÇalxanar, qaynayar, ay eylər qıj-qıj.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets