Səhər çağı səyyad gəzər səhrada,İllər ayrısıdır, nazlı yar gələ.Qəza-qədərindən, ay yazıq ana,Qalarsan intizar ay ilə-ilə.

Yetişcəyin nazlı yarın yanına,İstəyər ki, qanın qatsın qanına,Naşı səyyad gəlsə tərlan yanına,Tez çaşar xəyalı ay ilə-ilə.

Aşıq Alı, dastan eylə dilində,Həyatında, sənətində əlində.Qəza gəlsə səni alsa əlindəDil aşkar eyləyər ay ilə-ilə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love