Qəddah qəhr eyləsə, dərdi sər artar,Sədasından həsrət qalar yara yar.Aşiq sənsən yara yar,Dərd səddini yar, a yar.Tənha qalan haraylar,Dada yetiş, yar, a yar.Hədyan ərz eyləsə nadan lisanı,Sadiq qalar sənə aqil yar ayar.

Dərdikeş qayəsi dərdə sarıdı,Əyirdi dərdləri dərdə sarıdı.Aşiq dərdə sarıdı,Dərd əsiri sarıdı.Qəsrin şahə layiqdi,Nədən rəngi sarıdı?Canansız xanələr dərd əsarıdı,Əhli-hallar yar dərdinə yarayar.

Qəhrin sədasına tərsalar ağlar,Can naçar qalanda, tər salar ağlar.Aşiq tər salar, ağlar,Dərdli tər salar ağlar.Haqqınan aralı kəs,Dərsin tərs alar, ağlar.Alı yaddan çara tərs alar, ağlar,Yar yaranda, sayalanar yara, yar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love