De bir üz-bir üz
Vaxt məni tulladı qəm dəryasına,Ovçuyam gəzirəm de bir üz-bir üz.Leyli müştağıyam düşdüm odlara,Yetirin loğmana, de bir üz-bir üz.
Fərhad sevdi Şirin yarın kamalın,Kərəm sevdi Əsli yarın kamalın,Ürək istər, könül deyər kam alım,Göz-gözə baxanda de bir üz-bir üz.
Alıyam, xəyalım kəc dolanırdı,Xosrov da başında tac dolanırdı,Məcnun Leyli deyib ac dolanırdı,Almadı Leylidən de bir üz-bir üz.
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-ali-de-bir-uz-bir-uz
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
A bivəfa, a bimürvət, nainsaf,Keçən günlər heç yadına gəlməzmi?!
Təcnis: Çəkmiş yar oxunu, salmış yayınaÇəkmiş yar oxunu, salmış yayına,Bağlamış belinə bu sədaqları.
YarMən nəhani sizə qonaq gəlmişəm,Dur bağçada sallanıban dolan yar,
Yoxdu mən tək sevgidə bir kəs ki püriqrar olaYoxdu mən tək sevgidə bir kəs ki püriqrar ola,Sevilə həm də sevə zahirdə leyk biyar ola.