Getdi
Ötübdü zimistan, gəlib novbahar,Yetirdi qərinə, sənələr getdi.Dəli könül gündə yüz xəyal eylər,Dolandı ruzigar, havalar getdi.
Mən sənə nə deyim, ey şahi-şonqar,Ağlımı apardı bir çeşmi-xumar,Könlümə uymadı bir münasib yar,Gəldi məlakələr, sonalar getdi.
Yazıq Alı, bu qəm səni bürüdü,Eynim yaşı sel-sel oldu yeridi,Qürbət eldə yazıq canım çürüdü,Neçə çərşənbələr, cumalar getdi!
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-ali-getdi-otubdu-zimistan-gelib-novbahar
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Qalmışam
Fələk məni saldı qəm dəryasına,Qəmər atlı yüzə-yüzə qalmışam.
Dəlilerim, bu gün dava günüdüDəlilerim, bu gün dava günüdü,Müxənnet ölkesi talanmaq gərək.
Təcnis: Cəmalını görcək mayıl olmuşamCəmalını görcək mayıl olmuşam,Bilmədim gözəlim, ayadın nədir.
OlarmışBir iyidin bəxti olsa,Ellər ona yar olarmış.