Gecə-gündüz vird etdiyim, ay Bəsdi,Qəlbimnən qəlbinə tel gətirmişəm.Gəzdim İstanbulu, Qarsı, İzmiri,Türkiyə elindən bar gətirmişəm.

İpəyin ən xası layiqdir sənə,Torpaq çox şirindi bilginən mənə.Anamın göz yaşın demirəm hələKoroğlu dağınnan qar gətirmişəm.

Deyişdik bağladım aşıq Yığvalı,Əsmər istiyirdi həm qilü-qalı.Axırda utandı, bəd gəldi falı,Əsmərin töhfəsi var, gətirmişəm.

Dağlardan ucadı o Ağrı dağı,Nə qədər dost tutdum Əsəddir sağı.Çimənkənd olubdu behiştin bağı,Behişt bağçasından bar gətirmişəm.

Alıyam, mən gəzdim tamam hər yeri,Türkiyə elinin gözəl dilbəri.Osmanlı sultanı dillər əzbəri,Onların salamı var, gətirmişəm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets