Xəbər gəldi, şah qoruğu talandı,Xəstə cismim yar başına dolandı.Ört üstünü, gizlət onu amandı,Qəzəbnakdı, elər qan məmələrin.

Əsli olan kimsə özünü öyməz,Arası meydandı, baş-başa dəyməz,Şəstinə qərrahdı, şaha baş əyməz,Baxar bir-birinə yan məmələrin.

Sinən dağdı, Savalanın qarıdı,Məmən şuxdu, Gürcüstanın narıdı,Aşıq Məhəmmədin yadigarıdı,Amanat can sənin, can məmələrin.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Praise