Olsun
Qız alanda gözlərini açgilən,Üzü şirin, rəngində də qan olsun.Göyçəklərin boylusunu seçgilən,Canlar alan sərvi-xuraman olsun.
Ləbləri qırmızı, yanağı xallı,Qaşı, gözü qara, teli cığalı,Şəkinin şahbazı, Gəncə maralı,Ahu balası tək bir ceyran olsun.
Əsli, zatı olsun uslu, kamallı,Boy-buxun sürahi, şəkilli, hallı,Məclislərdə mələk, pəri misallı,Otaqlarda ya xan, ya sultan olsun.
Üz dəyirmi olsun, gözləri iri,Günün altda tər şamama növbəri,Saçlar yasəməni, qəd sənubəri,Şahin baxışları bir tərlan olsun.
Yanağı al olsun, buxağı ətli,Firiştə şəkilli, pəri surətli,İstərsən şəhərli, istərsən kəndli,Ancaq nəcib olsun, qanı qan olsun.
İşvəli, çəmxəmli, şivəli, nazlı,Qarəquş cilvəli, duma avazlı,Acıqlı, mülayim, söhbətli, sazlı,Nişanlı sənə də mehriban olsun.
Gözəllərdə çox-çox olur nişanlar,Gahbir, gahbir, belə-belə cananlar.Məhəmməd der: ey eşqili cavanlar,Elə cananlara can qurban olsun.
Kitabxana.az · https://kitabxana.az/en/works/varxiyanli-mehemmed-olsun
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Nazlı dilbər, nə yaraşır qəddinə,Tirmə məndən, kəmər məndən, bel səndən,
با من چو گل ار شبی بپیوندد یارننشسته هنوز رخت بر بندد یار
Yüz iləQədir mövlam, budur səndən diləyim,Görüm yarın ömrü yetsin yüz ilə,
Şamu səhər, ey dil, vəchi-dildarəŞamu səhər, ey dil, vəchi-dildarə,Sərf eylədin nəzər kim oldun mail.