Bir işdi düşdü mənim başıma,Gələk halallaşaq, mən gedər oldum.Gəlib gəlməyib sizi bir də görəm,Gələk halallaşaq, mən gedər oldum.

Ürəyimdə yanar bunca atəşlər,Canımda qəm əlindən yaralar işlər,Gülüb oynadığım yoldaşlar,Gələk halallaşaq, mən gedər oldum.

Gözümdən axıtdım qan ilə yaşlar,Mənlə düz çörək yeyən qardaşlar,Baxın bu fələk bunda etdiyi işlər,Gələk halallaşaq, mən gedər oldum.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets