Şamu səhər, ey dil, vəchi-dildarə,Sərf eylədin nəzər kim oldun mail.Zərrə qədər yer qalmadı əğyarə.Gostərdi uz dilbər, məhv oldu hail.

Cakər eyləmiş kim, səni bir şahid,Hasil olmuş sana ulfəti-cavid.Şukr eylə kim, buldum dovləti-xalid,Ey dəli dil, ey bəndeyi-İsmail.

Kəmali-eşqə kim eylədin iman,Gostərdi uz sana yəqini-canan.Sərvəri-xubanə bəxş eylədin can,Bəxş eylədi sana ruhu-şəmail.

Girdin kim, meydanə mərdi-mərdanə,Vermədin bac Təhəmtəni-dastanə.Eylədin kim, ta xidməti-şahanə,Şahənşahdan gəldi sana həmail.

Oynadarsan ki, top, qılırsan covlan,Cəkərsən ki, cilə, atarsan peykan.Ey Seyid Nigari, ey mərdi-meydan,Ey fənni-hunərdə ustadi-kamil.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love