Dedim: Ey nazənin, qaşların yayıdırDedi: Qövsi-qüzeh kamanıdır buDedim: Dost, cəmalın tən edər ayaDedi: Gözəlliyin nişanıdır bu

Dedim: Dilbər, mən sevmişəm hasınıDedi: Nəsib etsə Yaradan qəniDedim: Sinən üstə alqılan məniDedi: Mərd igidlər meydanıdır bu

Dedim: Sallanışın min canə dəyərDedi: Bəlkə huri-qilmanə dəyərDedim: Qoynun içi rizvanə dəyərDedi: Aşiqlərin məkanıdır bu

Dedim: Zülfün mat elədi sünbülüDedi: Sən nə bildin, əqlsiz dəliDedim: Açılıbdır cəmalın gülüDedi: Fəsli-bahar zamanıdır bu

Dedim: Sən Zabitə etgilən vəfaDedi: Mən aşiqə verməm cəfaDedim: Ləbin əmən bulurmu şəfaDedi: Xəstələrin dərmanıdır bu

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love