Fələk
Neylmişdim sənə, ey çərxi-gərdunBizim ilə düşübsən inadə, fələkMəgər heç qorxmazsan, utanmazsanGetsin tac ü təxtin bərbadə, fələk
Gündən günə artırdın ah ü zarımıKəsdin can evindən ixtiyarımıNeylmişdim sənə, aldın yarımıHəsrət qoydun məni dünyadə, fələk
Dərd-qəmdən mən fəqiri bay etdinƏlif qəddim döndərib yay etdinFərhadə, Məcnunə məni tay etdinEylədin dərdimi ziyadə, fələk
Səni görüm mən tək giryan qalasanHər iki cahandan məhrum olasanMənim kimi saralıbən solasanGörüm yetməyəsən muradə, fələk
Mən Zabitəm, eyləmənəm tab onaDərdü-qəmi yığıb verirsən mənəAman çəkib qora gəldim qapunaNə qora yetişdin, nə dadə, fələk
Kitabxana.az · https://kitabxana.az/en/works/zabit-el-sairi-felek
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Fate
Bu çərxi-fələk tərsinə dövran edir imdi,Fəhlə də özün daxili-insan edir imdi,
Çığalı müxəmməs: Ey şux mənim yar, vəfadar imsən sənEy şux mənim yar, vəfadar imsən sən,Dil gülşəni, həm qönçeyi-gülzar imsən sən,
FələkƏlindən eylərəm kimə şikayət,Axır məni xar etdin fələk,
Ey dil, oyan, göz aç, keçib ömri-cəvan hanıEy dil, oyan, göz aç, keçib ömri-cəvan hanı?Bel bağlama cəhanə, vəfayi-cəhan hanı?