Könlümü bağlamışam zülfünə, ey laləüzar
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Könlümü bağlamışam zülfünə, ey laləüzar,Qalmamış qəlbdə heç tabü təvan, səbrü qərar,
İstədim meylə yuyam dəftərə yazdıqlarımı,Eşq təsiri məni etdi əqildən bizar.
Bu riya əhli məni saldı elə şurişə kim,Edirəm rindliyi, rüsvalığı mən indi şüar.
Eşq əgər olsa qəzadan bizə qismət nə üçün--Bu qədər hüsnü vəcahət alıb ol nazlı nigar?
Hanı ol zülfü pərişan ki, məni bəndə sala,Qoya bu canimə minnət edərək məstü-xumar.
Heç kəsin sağərinə tökməz inan mey bu fələk,Özü peymanəsini döndərib etmiş xunbar.
Maqta — the closing couplet bearing the poet’s pen name. Bu əcəbdir ki, tapılmaz yenə də, ey Qüdsi,Belə bir dilbəri-şirinsüxənü gülrüsxar.
Kitabxana.az · https://kitabxana.az/en/works/bakixanov-konlumu-baglamisam-zulfune-ey-laleuzar
Use ← → keys to move, R for a random poem
More by this author
Ey bəxt, nədir səndə bu əhval, bu halət,Yoxdur sənə dünyada neçin azca fərağət?!
Əldə mey, üzdə gülüş gəldi nigarım bu gecəƏldə mey, üzdə gülüş gəldi nigarım bu gecə,Pis nəzərdən uzaq, ol çeşmi-xumarım bu gecə,
Fəqrlə tapdım özümə mən əlacFəqrlə tapdım özümə mən əlac,Qalmadı dərmanə daha ehtiyac.
Gördüm o gözəl türrəni rüxsar arasındaGördüm o gözəl türrəni rüxsar arasında,Bənzətdim onu əfiyə gülzar arasında.
Poems by other poets · Love
Haçanacan aman çəkim,Bu zalım hicran əlindən,
Xana müraciətMəni yardan ayırdılar,Sənə olsun xəbər, xanım
O müjgani-siyəh-novkin xədəiki-yarə bənzətdimO mücgani-siyəh-novkin xədəiki-yarə bənzətdim.Xətadır çeşmi-məstin ahuyi-Tatarə bənzətdim.
Təsviri-məhəbbət, yaxud vərəqi-eşqü məvəddətKönlüm cəhimi-eşq, zəbanim zəbanədir,Şe'rim odur ki, qəlbi yaxar, müriqanədir.