Min bir bəlaya düşdü, budur əhli-ruzigar,Bir saqidir edən məni dünyada payidar.

Heç gizlədə bilərmi könül yar eşqini?Etmiş bu dərdi çaki-girbanım aşikar.

Sakit deyil könül ki, onun ahu gözləri,Etmiş xədəngi-tir ilə bu qəlbimi şikar,

Bir ömrdir ki, verdim ona xəstə könlümü,Mən bilmədim ki, yoxdur ona zərrə etibar.

Daim qəm içrə düşdüm onun vəslin axtarıb,Oldum əbəs o qaniçənə mən ümidvar.

Verdim firib qəlbimə xabü xəyal ilə,Bəlkə bir az keçə yüngül bu intizar,

Maqta — the closing couplet bearing the poet’s pen name. Yada salarmı heç bu əsir bülbülü o şux,Gülzar içində yan-yana minlərcə Qüdsi var.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love