Mən paxıllıq edirəm quş və qarıncayə müdam
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Mən paxıllıq edirəm quş və qarıncayə müdam,Ki, xoş, asudə yatırlar yuvada hər axşam.
Belə sonsuz görünən göydə də bir vüsət yox,Bəlkə orda ola bir azca bu könlüm aram.
Saqiya, bu gecə ver badələri peydərpey,Ta ki, qəlbimdəki bu dərdlərimi yarə açam,
Belə məclisdə necə dinü bilik əldə edim,Ki, ədəb qalmamış əsla bu gözəllərdə tamam.
Yarımın surəti cənnət kimidir, zülfü ləbə,Kölgə salmış, biri baldır, o biri vermədə kam.
Zülfünün hər bükümündən görünür bir göz bax,Zülfü olmuş necə gör bixəbər aşiqlərə dam.
Maqta — the closing couplet bearing the poet’s pen name. Qüdsi, təbin pozular, nəfsinə uysan, ayıq ol,Su tapıb çirki təmizlə, elə bu nəfsini ram.
Kitabxana.az · https://kitabxana.az/en/works/bakixanov-men-paxilliq-edirem-qus-ve-qarincaye-mudam
Use ← → keys to move, R for a random poem
More by this author
Halım etmiş məni həyatdan bizar,Sağlamkan, etmişdir sağalmaz bimar.
Allahım istəsə qurtarram qəmdənAllahım istəsə qurtarram qəmdən,Qəzanın əksinə, şad olaram mən,
Bürümüş tənimi, canımı fəraqBürümüş tənimi, canımı fəraq,Ağırdır, günlərim keçsə bu sayaq.
Odunla alışdı bu can xirmənimOdunla alışdı bu can xirmənim,Min ələm bürüdü qəlbimi mənim.