Qəlbimi, dinimi aldı gözəlin hicranı
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Qəlbimi, dinimi aldı gözəlin hicranı,Dəlilik zənciri saldı saçına bu canı.
Qafiləm mən gecə-gündüz özümün halimdən,Bir qaranlıq bürüyüb sanki bütün dünyanı.
Mən ki möhkəm deyiləm dinimə, qorxum budur ah,Axiri səcdə edim bir bütə mən pünhani.
Hər cəfana dözürəm kaş ki, məni atmayasan,Sevməsən barı düşün, kin ilə bu nalani.
Qorxmuram eşqdə töhmətdən, usan ey naseh,Danlağın tərif edər məndə olan peymanı.
Qayıdıb qafilədən Leyli olar bir Məcnun,Xosrovu Şirin olar dərgahimin dərbanı.
Maqta — the closing couplet bearing the poet’s pen name. Qüdsi, tərk et bu yolu, burda əziyyət çoxdur,Deyəsən sözlərinin yox daha bir payanı.
Kitabxana.az · https://kitabxana.az/en/works/bakixanov-qelbimi-dinimi-aldi-gozelin-hicrani
Use ← → keys to move, R for a random poem
More by this author
Ey düzlüyü sevən, eşqi gəl eyləmə məzəmmət,Zahidlikdə mən görmürəm nicat,üçün əlamət.
Bəyani-halBadisəba, qurban olum, aç qapımı əsərək,Mənə səndən başqa yoxdur bu dünyada bir kömək.
Məqsədin kəşfiDostlar, mənim əhvalımdan siz olunuz baxəbər,Gorun mənim şadlığımdan qalmışdırmı bir əsər?
Fikrin izahıOmur kecdi boş-boşuna, etdik daim ahu-vah,Kecdi xoşluq zamanları, catdı bəla gunu, ah!
Poems by other poets · Love
Ey qaşi kaman, kirpiyi ox, ləbləri mərcan,Şəhd-i ləb-i ləlin mən-i biçarəyə dərman,
VarYar-rəfiq xəbər alsa əhvalım,Deyə bilmən məni oda salan var.
Gəraylı: Ey ağalar necə olurEy ağalar necə olurHalı yardan ayrılanın
De gəlsinHicran sənətkarı, qəm xiridarı,Qəddar olan, biilqara de gəlsin.