Bəyani-hal
Badisəba, qurban olum, aç qapımı əsərək,Mənə səndən başqa yoxdur bu dünyada bir kömək.Yubanmadan gedib Səlmə adlı yara ver salam,Söylə səndən başqa daha yox qəlbimdə bir məram.Dərd evinin bir küncünə düşüb qalmış xəstədən,Şikayətlər yetir ona, söylə solub bu bədən.Bəla məndən əl çəkməyir, son qoymur bu hicrana,Faniliyi alqışlaram qismət olsa bu cana.Bu ayrılıq odu əcəb yandırıb yaxdı məni,Ömrüm tamam puça getdi, yandı həyat xərməni.And içirəm o hərəmdən qalxan miskin qubara,And içirəm bir an belə atmadığım ilqara.Hər an onun xəyalilə döyünmüşdür ürəyim,Ondan başqa olmamışdır heç bir arzum, diləyim.Səhər günəş qaldıranda bayrağını üfüqdən,Yana-yana qəm ardınca qoşmadayam yenə mən.Səhər kimi köynəyimi cak edirəm mən də bax,Ürəyimdən ah çəkirəm ara-sıra yanaraqBütün günü belə keçir kədər dolu bu həyat,Gecə olcaq bir zulmətə batır yenə kainat.Günəş göydən son nəfəsin dərib məhzun gedincə,Səyyarələr gözlərindən qan axıdır hər gecə.Ağlar, ağlar səmalər də bir matəmə bürünər,Onun qanlı yaşlarıyla al boyanar üfüqlər.Yüz ələmlə, yüz kədərlə nalə-fəryad edib mən,Əl qaldırıb asimanə söyləyirəm urəkdən:≪Ey ilahi, ürəyimi parçaladı bu həsrət,Gözlərimdə nurlu gündüz oldu qatı bir zülmət.Yarəb, məni məhv eləyir bu ayrılıq, bu hicran,Səbrim daha tükənmişdir, kömək ol, ey yaradan!Nə vaxtadək məhrum olum, dərdlə belim bükülsünNə vaxtadək piyaləmə ürək qanı tökülsün?!Nə vaxtədək əzab çəkim, qan-yaş tökum cahanda,Nolar mənim üzümə də bağlı qapı açanda?!Mən nə qədər gözü yaşlı, qəlb odunda qovrulum?Bu havadan torpaq kimi mən nə qədər sovrulum?Bu beytini ah nə yaxşı soyləmişdir bir şair,Bu lap mənim işgəncəli əhvalıma oxşayır:≪Ey ilahi, haradadır axı mənim nəsibim,Mən həsrətdən can verirəm, hanı mənim təbibim?≫
Kitabxana.az · https://kitabxana.az/en/works/bakixanov-miskatu-l-envar-beyani-hal
Use ← → keys to move, R for a random poem
More by this author
Arizu eylər könül dildar gəlsin, gəlmədi.Zülfü kafər, gözləri xunxar gəlsin, gəlmədi.
Bica yerə etmir qaşına səcdə hər əhbabBica yerə etmir qaşına səcdə hər əhbab,Çünki sayılar qiblə hər an guşeyi-mehrab.
Bir səhər vaxtında birdən gəldi hatifdən nidaBir səhər vaxtında birdən gəldi hatifdən nida,Müjdə olsun zöhddən, dindən qaçan hər insana.
Bivəfa yarə könül versə vəfadar əbəsBivəfa yarə könül versə vəfadar əbəs,Əhdü peymanı yoxa verdiyim iqrar əbəs,
Poems by other poets · Separation
ور بود تشنه جگر چشمهٔ حیوان در پیش
Mürəbbe: Bülbülə gülşəndə rəngü-ruxsarınBülbülə gülşəndə rəngü-ruxsarın,Göstər gələn münca olmasın həris,
GəlmədiGecə-gündüz yollarına baxaram,Hanı mənim barabarım, gəlmədi.
Hay mədədÇox çalışdım, mətləbimə çatmadımArzu mənim canda qaldı, hay mədəd