Arizu eylər könül dildar gəlsin, gəlmədi
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Arizu eylər könül dildar gəlsin, gəlmədi.Zülfü kafər, gözləri xunxar gəlsin, gəlmədi.
Hər pərivəş cilveyi-hüsn eyləmiş, mən gözlədim,Dilrübalar fövcinə sərdar gəlsin, gəlmədi.
Canə gəldim bivəfalar ülfətindən, istərəm,Bir vəfa rəsmində sabit yar gəlsin, gəlmədi.
Dərd-möhnət keçdi həddən, bəs ki, çəkdim intizar,Gözlədim ol şux gülrüxsar gəlsin, gəlmədi.
Ləhcəyi-canpərvərindən şur salsın aləmə,Əndəlibi-şaxəyi-gülzar gəlsin, gəlmədi.
Maqta — the closing couplet bearing the poet’s pen name. İstədim, Qüdsi, deyim vəsfi-camalın dilbərin,Kuşiş etdim, zinəti-göftar gəlsin, gəlmədi.
Kitabxana.az · https://kitabxana.az/en/works/bakixanov-arizu-eyler-konul-dildar-gelsin-gelmedi
Use ← → keys to move, R for a random poem
More by this author
Olsaydı əlimdə mənim ixtiyar,Qəlbimi qoymazdım çəksin intizar,
Yolları ey gizli, ahəstə gedənYolları ey gizli, ahəstə gedən,Həyatın məhv olar ayrılsan məndən.
Nəsimin baxışı ruhpərvərdirNəsimin baxışı ruhpərvərdir,Gül fəsli, gecəylə gün bərabərdir.
Dünyada bir yerdə olur şadlıq, qəmDünyada bir yerdə olur şadlıq, qəm,Şadlıq kədər ilə bağlanmış möhkəm.
Poems by other poets · Love
Saqi, nə olubdur, məni yade getirməz?Könlüm tutulubdur, menə bir badə getirməz.
Gəraylı: Aşiqlik peşəsin qıldımAşiqlik peşəsin qıldım,Namusdan, ardan ayrıldım,
Firdovsi yanıldıQadınla əjdaha düşsə torpağa,*Torpaq da onlardan qaçar uzağa.*
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.