Bülbülə gülşəndə rəngü-ruxsarın,Göstər gələn münca olmasın həris,Səadət bürcünün afitabı sənHüsnün ay və gündən əfzundur təşxis

Atəşi-hicrindən yanıbdır canım,Ol dəvasız dərdə vəsl dərmanım,Xuni-cigərimdən çeşmi giryanım,Pejmürdə cismimə geydirər qəmis

Nə olur hicrindən qılsam şikayət,Bulmadım təriqi-rahi-hidayət,Rəqibi kəcrəvə lütf ü ənayət,Bizə yetincə cövr elədin təxsis

Gözüm qarasıdır müdəvvər xalın,Fələklər zinəti iki hilalın,Gərdiş-dövrandır günəş cəmalın,Düşməsin zəvala, bulmasın nəqis

Şikəstə Salehəm, dərdməndəm mən,Cəmalın görməyə müstəməndəm mən,Həlqeyi-zülfünə pay-bəndəm mən,Onunçün sevdadan olmazam təxlis

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation