Sən məndən uzaqsan, mən səndən uzaq,Uzaqdır sevimli gözlərin mənə.Yaxındır telefon sayəsində bax,Ürəkdən saçılan sözlərin mənə.

Neçin ruhlanmasın bu yeni şair,Çapar gözləməyir canan elindən,Çılğın arzuları eşqinə dairMərhəmət ummayır səba yelindən.

Əvət, böylə qalmaz yarın bu ölkə,Telfonda fikrimi açarkən sənə,Həsrətlə baxdığım üzün də bəlkəUzaqdan-uzağa görünər mənə.

Məhəbbətin dərin, xəyalın dərin,Nə çıxar sözlərə könlümü versəm?!Əslinə varmaqçın bu söhbətlərin,Nolur gözlərini telfonda görsəm?!

Məni inandırmaz yoxsa bu sözlər,Az iş gəlməmişdir qərib başıma.İstərəm ürəyin aynası gözlərAçıb həqiqəti qoysun qarşıma.

Əvət, böylə qalmaz yarın bu ölkə,Telfonda fikrimi açarkən sənə,Həsrətlə baxdığım üzün də bəlkəUzaqdan-uzağa görünər mənə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love