Tozanaq
Yenə toz... aman, bu toz buludları nə istərBilməm səndən ey Bakı, sən ey atəş diyarı!Sən ey birdən dirçəlib, birdən boy atan şəhər,Üzərindən qovsana bu iynəli ruzgarı!
Neçin soqaqlarından yolçular ötən zamanSaçlarını oxşamaz lətif əsən küləklər?Neçin yanıq çöllərin bitirməmiş bir fidan?Neçin sinəni öpməz gözü yaşlı çiçəklər?
O dilbərin... qaşları altındakı güllər, ah,Rəvamıdır bulansın zəhərli tozlarınla?O bir yaz səhərindən daha şux olan nigahRəvamıdır sıxılsın hər acı ruzgarınla?
Buna səbəb mənmiyəm, yoxsa keçmişin oğlu?Yoxsa səni bu hala salmış qoca təbiət?Bu söz düzmü, doğrumu, bu əsrin mətin oğluDiyor:- xayır, deyildir məndən uca təbiət!
Hər şey bu bir cüt qolun əsiriykən, neçin dəBu günahı üstünə atalım təbiətin?!İstəsəydi daima gül yarpaqlar içindəBəsləyərdi cismini o keçmiş cəmiyyətin.
Fəqət onlar yapmadı, əkmədilər bir ağac,Bir bağ salmadılar heç qum dolu çöllərində;Bir yetimin halını andıran bu ehtiyacTəmin olunur ancaq bu günün əllərində.
Tozlanmış, bir vərəmli kitab oxutdurmasınHər tozanaq sinəndə yaşayan bu gənc elə.Istəməm, o küləklər pəncərəmi vurmasınSapsarı bir kölgənin qubarlı əllərilə!
Mən istərəm dörd yanın ormanlarla qapansın,Nəfəs alıb verəsən göy yarpaqlar içində.Mən istərəm gənc oğlun, mən istərəm gənc qızınGəzdikcə zövqə dalsın kölgə bağlar içində.
O zaman Vaqif kimi, şaqrayan Nədim kibiSayrıyaraq həvəslə kim eyləməz tərənnüm?Onda hansı şairin hasil olmaz mətləbiAğaclıqlarda ellər eylədikcə təkəllüm?!
Onda iki tərəfdən mənə təsir edərsən,Onda iki eşq ilə qəlbimi titrədərsən.Onda sinəmdə bitmiş dalğalı otlarından,Vərəqlərdə oxşanan qaynar zavodlarından,Alıb doyunca ilham,
Mən hər səhər, hər axşam,Bağırarkən şeirimi mən bar-bar üfüqlərə,Onda göy saçlarını oxşayan dadlı yellər,Bəstələyib şeirimi, qaçarlar üfüqlərə.
Kitabxana.az · https://kitabxana.az/en/works/musfiq-tozanaq
Use ← → keys to move, R for a random poem
More by this author
İştə səksən yaşında beli bükük bir qadınAylar, illər bilmədən qırmış qolun, qanadın.
Bir günəş, bir baxışHər tərəfdə sovuq, hər tərəfdə qar,Yığılmış çillənin can boğazına.
Bizim otaqdaOtaq heyrət içindədirƏtrafında gurultu.
Bulud qarşısındaNə qaplamışsan göyü, sən ey bulud, xınca-xınc?!Nədir ildırımında bu gurultu, bu çaxınc?!
Poems by other poets
Gecə gündüz dad-fəryad eylərəmMəni bu hicrana salan yar hanı
Hər nə kim almaq dilersən, al ilə gəl məndən alHər nə kim almaq dilersən, al ilə gəl məndən al,Aldanıram mən sənə, sən hər necə edərsən al.
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canıDağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.
Qara qorxuEy Ağa İbrahim, aya dərdmənd,Yüz fitnə bilən, yüz əlli min fənd