İştə səksən yaşında beli bükük bir qadınAylar, illər bilmədən qırmış qolun, qanadın.Zaman çəkmiş canına gözlərinin nurunu,Ömrü almış əlindən qəlbinin sürurunu.Vücudunun son bahar yaprağından fərqi yox,Dodağında bir gülüş, bir qaynayan şərqi yox.Çöhrəsində pərişan buludların var əksi,Əllərində sərinlik- bir məzar hədiyyəsi.Əmmiş uzun illərin baharını, qışını,Məclislərin bulunmuş nəşəsində, qəmində,Bürümüş ən nəhayət kölgələr baxışını,İndi gəzər xəyalı məzarlıq aləmində.O yenə yaşamaqdan bıqmamış, usanmamış,O yorğun, o ziyasız, o qüvvətsiz, o qamışVücudilə yenə də ömr sürmək istiyor,“Ah, nə olur bir az da gözlərim görsə!...” diyor,Ey hənuz gəncliyimin dəmlərini yaşıyan,Qəlbində gur dalğalı çağlayanlar daşıyan,O səksən yaşlı qadın yaşamaq istiyorkənBilməm neçin həyatdan uzaqlaşmadasın sən?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring