Xara qismət oldu güllər,Sən ağla bülbüllərinən.Götür qələm, bağla dəftər,Nəzmə çəkib dillərinən.

Bax ətrafa solu-sağlar,Həmi bağça, həmi bağlar.Sözüm ağlar, gözüm ağlar,Aylarınan, illərinən.

Qurban, söylə: - nə adətdi?Bu qəm sənə kifayətdi.İbadətdi, ziyarətdi -Qayıt görüş ellərinən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring