Yara qal indi
Könlüm çox istədi yarı göreydi,Yaraşarmı qoyxa yara, qal indi.Çəkə bu dərdimi - yarı göreydim,Ölsəm barı sala, yar, a qal indi.
Gör sinəmdə belə yar arı dağlar,Sızıldar bal deyin yar, arı, dağlar.Sən bəslə yar üçün yar arı dağlar,Səfalı yaylaqlar, yara qal, indi.
Tifl olan büsatın hər ay əmməni,Qafreyi-teyi, nə hər ayəm məni.Gətirmə naleyə, harayəm məni,Daha sağlığınan, yara qal indi.
Qurban yandı şəmin ayağı kimi,Niyə kəc baxırsan, a yağı kimi.Siyah zülfün çalıb a yağı kimi,Ürəkdə yadigar yara qal indi.
Kitabxana.az · https://kitabxana.az/en/works/agdabanli-qurban-yara-qal-indi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Daş-qaşlda axtarma gözəlliyi sən,Gözəllik çəməndə, çiçəkdə olar.
Müstəzad: Ey dil, gecələr sübhə dəkin yar eşiyindəEy dil, gecələr sübhə dəkin yar eşiyində — Əfqanə yetişdik,Rəhmi yox olan kafiri-bimar eşiyində — Sən cana yetişdik,
BülbülSəhər-səhər dad-fəryad edincə,Varıb bağ küncündə yatsın bülbül,
Gözlərin mayil olubdur yenə xünxarlığaGözlərin mayil olubdur yenə xünxarlığa,Bəli, sərxoş olu amadə sitəmkarlığa.