Gözəllik
Daş-qaşlda axtarma gözəlliyi sən,Gözəllik çəməndə, çiçəkdə olar.İnsanın ömründə məşələ dönənBir halal zəhmətdə, əməkdə olar.
Gözəllik bir şirin kəlamda, sözdə,Alışan ocaqda, qızaran közdə,Gözəllik qaranquş nəfəsli yazda,Gözəllik ən şirin diləkdə olar.
Gözəllik zirvəsi dumanlı dağda,Sinəsi bəhərli, barlı torpaqda.Gözəllik dənizdə, çayda, bulaqdaNəğmətək səslənən ahəngdə olar.
Gözəllik deyilmi o daş, o kəsək,Gözəllik deyilmi hər boya, hər rəng.Gözəllik məhəbbət, sevgi rəmzitəkGüllərdən hörülmüş çələngdə olar.
Gözəllik sevginin, sevdanın ilki,Hər yaşıl ağacın torpaqda kökü.Gözəllik bu halal süfrəmizdəkiO suda, o duzda, çörəkdə olar.
Gözəllik nəğmədir, dinlə onu bir,Gör nələr söyləyir bizə səma, yer.Sevgi də ürəyin gözəlliyidir,Sevgi sözdə deyil, ürəkdə olar.
Kitabxana.az · https://kitabxana.az/en/works/medine-gulgun-gozellik
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
— Əhməd Paşa:Ana halal ilə südün əmmişəm
GəlirMüjdə verdilər ki, mənə el oğlu,Yarın gör nə işvə, naz ilə gəlir.
Məlahət gülşənində bir güli-həmrayə həsbəndəmMəlahət gülşənində bir güli-həmrayə həsbəndəm,Fəsahət kişvərində bülbüli-şeydayə həsbəndəm,
Əvvəla şərti-gözəllikdə kamal olmalıdırƏvvəla şərti-gözəllikdə kamal olmalıdır,Saniyən qaideyi-hüsnü camal olmalıdır.