Biz görüşdük, uçdu çən də, duman da,Gözlərimdə dünya güldü bir anda.Fəqət yenə, yenə bildim mən ondaBu dünyada həm yaxınıq, həm uzaq.

Çiçəklərdən çələng hördüm səninçin,O çələngi mən gətirdim səninçin.Əfsus olsun bilmədim ki, biz neçinBu dünyada həm yaxınıq, həm uzaq.

O gün bizdən bəxtəvəri kimdi, kim?Tale bizə sevinc verdi bir içim.Ürək duydu ötəridir sevincim,Bu dünyada həm yaxınıq, həm uzaq.

Biz var ikən nağıl olduq dillərdə,Harayımız əks elədi sellərdə.Şahid oldu həsrət dolu illər də,Bu dünyada həm yaxınıq, həm uzaq.

Oda döndü gözümüzün yaşı da,Nəfəsimiz qarsdı soyuq daşı da.Ömrün bahar, ömrün payız yaşındaBu dünyada həm yaxınıq, həm uzaq.

Biz qıymazdıq ayrılığı gülə də,Sinəmdəki dağlar idi lalədə,Taleyə bax, gərdişə bax, hələ dəBu dünyada həm yaxınıq, həm uzaq.

Dayanmışıq ikimiz də xəyalda,Fikir yolda, ömür yolda, göz yolda.Ağladandır bizə düşən vüsal da,Bu dünyada həm yaxınıq, həm uzaq.

Belə vüsal, belə həsrət nədir bəs,Belə həsrət, belə şəfqət nədir bəs.Vətənimiz var, bu qürbət nədir bəs,Bu dünyada həm yaxınıq, həm uzaq.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation