Göz də heyran olur...
Baxıram Xəzərə mən dönə-dönə,Göz də heyran olur, könül də heyran.Coşqun dalğaların əzəmətinəGöz də heyran olur, könül də heyran.
Açıb qanadını ləpələr dinir,Ləpələr bir duzlu nəğməyə dönür.Sulara qızılı şəfəqlər enir,Göz də heyran olur, könül də heyran.
Sahil qumlarına can atır sular,Nə rahatlıq bilir, nə yatır, sular.Coşur, qayıqları oynadır sular,Göz də heyran olur, könül də heyran.
Min ilham alıram hər bir zərrədən,Bir məna duyuram hər zərrədə mən.Baxdıqca doymuram bu mənzərədən,Göz də heyran olur, könül də heyran.
Gözəlsən ey Xəzər hər anda mənə,Əzizdir ləpən də, dalğan da mənə,Mavi gözlərinə baxanda mənə,Göz də heyran olur, könül də heyran.
Coşqun sularında yuyunanda mən,Laylanın altında uyuyanda mən,İlıq qumlar üstə baş qoyanda mənGöz də heyran olur, könül də heyran.
Gələrəm, könlümə səsin düşəndə,Gələrəm, gəlməyim söylə neçin də?Hər dalğan ey Xəzər, nəğmələşəndəGöz də heyran olur, könül də heyran.
Günəş çimər səndə, ay çimər səndə,Ulduzlar tökülüb, ay çimər səndə.Sulardan sahilə bir meh əsəndəGöz də heyran olur, könül də heyran.
Hələ də Xəzərlə həsbhaldayam,Xəzər coşub daşır, mən xəyaldayam.Hər coşub daşdıqca bu sözlü dünyamGöz də heyran olur, könül də heyran.
Getmək istəyirəm, ləpələr coşur,Bir anda göy sular min hala düşür.Uzaqda dənizlə üfüq qovuşur,Göz də heyran olur, könül də heyran,Göz də heyran olur, könül də heyran...
Kitabxana.az · https://kitabxana.az/en/works/medine-gulgun-goz-de-heyran-olur
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Məqabirdən güzər etdim,Əcaib mərdüman gördüm,
Sənsiz, ey gül, könlümün bir dəm qəran yoxdu, yoxSənsiz, ey gül, könlümün bir dəm qəran yoxdu, yox!Səndən özgə neyləsin, bir qəmküsan yoxdu, yox!
Cığalı müxəmməs: Ey simbədən, mehri-dərəxşəndə ZüleyxaEy simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,
TəcnisMüshəf cəmalından yay qaşlarındanOxudum bir kəlmə ayə, mən dilbər,