İndi
Dağıldı cəlalı üzü boz qışın,Yazın taxta çıxan vaxtıdı indi.O çölün, o düzün, yolun, yoxuşunKöksünə gül taxan vaxtıdır indi.
O bahar diləkli novruzgülününBahar gələcəkli novruzgülünün,O ipək köynəkli novruzgülününQar altından çıxan vaxtıdır indi.
Dolmuş buludların min hala düşən,Nəğməli könlümün nəğmələr qoşan,Sellərin, suların kükrəyib coşan,Şimşəklərin çaxan vaxtıdır indi.
Bir an unutmayıb əhdi, ilqarı,Yarıb qayaları, yarıb daşları,Döndərib boynunu yollara sarıBənövşənin baxan vaxtıdır indi.
Könüldən söz deyib, söz bilənlərin,Bir şirin kəlməni yüz bilənlərin,Bulağa getməkçün qız-gəlinlərinTələsib, darıxan vaxtıdır indi.
Tarlaya, zəmiyə, bağçaya, bağa,Başı qarlı dağa, dumanlı dağa,Quşlar yuva qurar xola, budağaYağışların yağan vaxtıdır indi.Yazın taxta çıxan vaxtıdır indi.
Kitabxana.az · https://kitabxana.az/en/works/medine-gulgun-indi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz?Ənduhu qüssə yarı ola, ağlar, ağlamaz?
QaşlarınDəryə kənarında balıq tutarkən,Göründü gözümə maya qaşların,
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
Məndən — səndənNazlı dilbər, nə yaraşır qəddinə,Tirmə məndən, kəmər məndən, bel səndən,