Buludların qismətikövrəlmək oldu.Dənizin qisməticoşub-daşmaqqartal təpələrə qonmadı,dağlara qondu ancaq.QaranquşlarMüjdəçisi oldu baharınDillərdə nağıla döndü

vüqarı, əzəməti xan çinarın.Durnalargöylərdə vüsal rəmzinə döndülər,həmişə cərgə-cərgə,qatar-qatar göründülər.Bir şair qismətinəKövrəlmək də düşdü,coşub dalğalanmaq da.Bir nəğmə eşqiləyuxusuz gecələrdəxısın-xısın yanmaq da.Bir şair ömrününenişli-yoxuşlu yolları da oldu,xəzansız baharı da.Əyilmədi hər tufana,Heyrətdə qoydu xan çinarı da.Bir şair ömrü eldən vüqar,torpaqdan qüvvət aldı.Nəğmə-nəğmə,ellərdən-ellərə,illərdən-illərəkörpü saldı,yol saldı...Onun könül dünyasındayoxdur fəsillərin sərhədi.Onun könül dünyasındanəğmə eşqi var,bir də vətən məhəbbəti.Elə bununçün dədünyanın səmasındaqaranquşa dönər şair.Müjdələr payladıqcabir dünya rahatlıq tapar,sevinər şair,sevinər şair...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets