Sularında damlanam,Başına mən dolanam.Həsrət çəkmiş balanam,Çağla, Arazım, çağla.

Söndürmədin odumu,Qismətimiz budumu?Dağıt qəm buludumu,Çağla, Arazım, çağla.

Nə acıymış həsrətin,Nə şirinmiş şəfqətin.Səni unutmaq çətin,Çağla, Arazım, çağla.

Dənizlər bizdən desə,Kəhrizlər bizdən desə,Sən də susma bir ləhzə,Çağla, Arazım, çağla.

Ey arzumun məbədi,Eşit qəlbi həsrəti.

Laylayım ol əbədi,Çağla, Arazım, çağla.

Al şəfəqə boyanım,Ey arzumu duyanım,Sularında yuyunum,Çağla, Arazım, çağla.

İlk bahar elçim olsun,Quşlar xəbərçim olsun.Hər arzumuz çin olsun,Çağla, Arazım, çağla.

Apardı xəyal məni,Səsləyir vüsal məni.Sinən üstə al məni,Çağla, Arazım, çağla.

Qalmayım tamarzıtək,Nə qışı, nə yazı tək.Ələsgərin sazıtək,Çağla, Arazım, çağla.Çağla, Arazım, çağla.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation