Ola bilsəm!
Qoca bir dükançının bulvarda çayxanada xidmət edən gənc bir rus qızına məktubu
Şadəm gecələr çayına mehman ola bilsəm,Axşam bəzənib azimi-meydan ola bilsəm.
Söysən nə qədər zatıma, qılsan məni təhdid,Çayxanadan axırda müdir eyləsə tə’bid,Ar eyləmərəm eyləsə oğlum məni tənqid,Bundan da bətər bisərü saman ola bilsəm.
Yüz dəf’ə itil söyləsən, əlbəttə, itilməm,Eşq aləmidir ar həmiyyət nədi bilməm,Məktubumu çalsan başıma hərgiz əzilməm,Hər gün söyülən arsız insan ola bilsəm.
Doxsan yaşadım eyləmədim eşqimi təkmil,Hicranə dözüb etmədim hərgiz belə tə’cil,İndisə gərək burda qılam vəslini təhsil,Doxsan sənəlik tifl və şəban ola bilsəm.
Baxmam ki, doğub altı bala evdəki övrət,Sən burda ikən Fatma-Tükəzbanə nə rəğbət?Cənnət desəm, huri diləsəm zatıma lə’nət,Ancaq sən ilən hər gecə bir an ola bilsəm.
Bir piri-zəliləm qəmi-eşqində giriftar,Çəksən nə olur lütflə saqqalıma tumar!Doxsan yaşamış yüz də yaşar Məşhədi QəffarVəslinlə fəqət layiqi-dərman ola bilsəm.
Vəslindən ötür hər sözə tab eyləmişəm mən,Xət başımı hər gündə xizab eyləmişəm mən,Dərya qırağın cənnət hesab eyləmişəm mən,Asudə əgər dahili-rizvan ola bilsəm.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-ola-bilsem
Use ← → keys to move, R for a random poem
More by this author
Fəxrəddin Əmin qəsrinin pilləkənlərindən küçəyə düşdüyü zaman, Səba xanımın qapıda o tərəf bu tərəfə dolandığını və tez-tez Əmin qəsrinin qapısına baxdığını gördü.O, dərhal Səba xanımın nə üçün gəldiyini anladı və gülər üzlə ona yanaşaraq:
Xəlifənin qızlarıBu gün Dürrətülbağdad öz qaynı Fəxrəddinin şərəfinə bir ziyafət təşkil etmişdi. Ziyafətdə ölmüş xəlifə Müstərşidbillahın qızları, cariyələri, Bağdadın musiqi və incəsənət xadimləri və sairləri iştirak edirdi.Günorta azanından bir saat keçmiş Dürrətülbağdadın qəsrinin qarşısında xəlifə Müstərşidbillahın qızları və iyirmi cariyəsini gətirən ipək örtüklü taxt-rəvanlar dayandı.
Qadınlar və qızlar dünyasıSəhər saat 7-də xəlifənin nümayəndəsi Asəf Azərbaycandan gələn heyət ilə bərabər kənizlər və cariyələrin tərbiyəsi ilə məşğul olan və eyni zamanda kənizlər və cariyələr satmaqla məşhur olan Fənhas müəssisəsinə yola düşdülər. Fənhasın müəssisəsi “Bəndəfruş” bazarının şərq tərəfində düşən kiçik bir şəhərdən ibarət idi.Qapını vurdular. Fənhas müəssisəsinin xidmətçilərindən Həyyan qapıya gəldi. Asəf xəlifənin fərmanını göstərib səyahətçilər gəldiyini xəbər verdi. Fənhasın nəvəsi Mərhəş cübbəsinin ətəklərini yerlə sürüyə-sürüyə qapıya gəldi, fərmana və fərman gətirənlərə baş əyib qonaqları içəri buraxdı.
Cülus günüFəxrəddin xəlifənin cülus günü münasibəti ilə təşkil etdiyi ziyafətə daxil olduğu vaxt, hökmdarların oturduğu kürsülərə nə qədər göz gəzdirsə də, Toğrulu orada görə bilmədi. Toğrul Atabəy Məhəmməd Bağdada daxil olmadan qabaq, xəlifənin cülus gününü gözləməyərək Bağdaddan çıxmışdı.Ziyafət geniş və böyük bir balkonda düzəldilmişdi. Onun böyüklüyünü qısa bir cümlə ilə təsvir etmək üçün “bu başda oturan adamlar o biri başda oturanların kim olduğunu tanıya bilmirdi”, – demək lazım gəlirdi. Balkonun yuxarı başındakı bir qədər yer boş idi, bura “hərim” deyirdilər. Balkonun baş tərəfində olan zənginlik və ora döşənən qiymətli xalçalar, qızıl ilə işlənmiş və fil sümüyündən qayrılmış taxt, burada xəlifənin oturacağını anladırdı. Taxt çox da uca deyildi, yalnız iki alçaq pillə ilə ona çıxmaq mümkün idi. Taxtın ətrafında ən zərif və qiymətli kürsülər qoyulmuşdu. Səndəllərin hamısına yumşaq və məxmər balışlar olduqca müntəzəm bir surətdə qoyulmuşdu. Balkondakı fərşlərin üzərində “ədim” adlanan uzun bir süfrə açılmışdı. Süfrənin o biri tərəfində ipəkdən toxunmuş başqa bir süfrə də var idi. Süfrənin üzərində tünklər, büllur və qızıl qablar, içi buzlu şərbətlə dolu rətllər qoyulmuşdu. Süfrədəki halvalar, mürəbbələr və sair yeməklər təsvirin xaricində idi. Balkonun fəzasını ətirli şərbətlərin, zəfəranlı yeməklərin qoxusu doldurmuşdu.
Poems by other poets · Love
Eşqin ey dilbər, könül təxtində şah olmuş durur,Surətin can mülkinə xurşidü mah olmuş durur.
Saqiya, bir şur ilən gəl, şurləndir məclisiSaqiya, bir şur ilən gəl, şurləndir məclisi,Bu xumarı rəf edib məxmurləndir məclisi.
GedirəmSeyr elədim İstambulun elini,Qədəm basıb İsfahana gedirəm.
Gəraylı: Haçanacan aman çəkimHaçanacan aman çəkim,Bu zalım hicran əlindən,