Düxtəri-napakdamən sanmayın hürriyyəti,Hər kəs olmaz rahyabi-hicləgahi-vüsləti.

Oylə bir huriyi-ismətdir şu yari-işvədarŞövqməndani-vüsalə boylə istiğna satar.

Ey behişti-e'tilanın huriyi-canpərvəri,Zinəti-dar oldu eşqin ilə əhrarın səri.

Pərdədə saxlanma, çıx, ey sevgili dildarımız,Xəndəzari-bəhcət olsun könlümüz, rüxsarımız.

Zəxmdari-hüzndür dil tiri-istibdaddən.Sənsən, ey hürriyyət, ancaq bizləri azad edən!

Qayeyi-ümmid insaniyyətin iqbalıdır,Cümlə qövmü millətin əmniyyəti-əhvalıdır.

Cami-pürzəhri-əcəl Hadini bihuş etmədən,Sineyi-leyli-ədəm cismin dərağuş etmədən,

Girməz idi həsrət ilə mədfənə, görsəydi, ah,Milləti-məzlumədə əsari-feyzü intibah!

10 məhərrəm (7 mart)

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love