Birinci Dumanın iniqadı münasibətilə söylənmişdir
Olub əfradi-millətdən bu gün təşkil bir məclis,Nə dadlı meyvəpərvərdir görün bustani-hürriyyət,
Tələb qılmaqda hər bir üzv ümumin ehtiyacatın,Qurulmuş paytəxt içrə bu gün divani-hürriyyət.
Vücudə gəlmək üçün mədələt, həqqin, müsavatınGərək əvvəlcə olsun ən geniş meydani-hürriyyət.
Ədalət zahir olmaz ləməpaş olmazsa afaqə,Zühuri-ədlə lazımdır xuri-tabani-hürriyyət.
Hüquq isbatinə lazımdır olsun fikrlər azad--Ki, hasil eyləsin vicdanlar itminani-hürriyyət.
Gədanın baydən, bayın gədadən olmasın fərqi,Hamı övladi-insandır deyir hər an hürriyyət.
Kimi təxti-səadətdə, kimi qalsın səfalətdə,Buna razı deyildir, şübhəsiz, vicdani-hürriyyət.
Buna qarşı cahan olsa cəbinsayi-übudiyyət,Deyil cayi-təəccüb, ey olan heyrani-hürriyyət.
Çalışmaqlıq gərək hər kəs bu yolda qədrü səyincə,Edər kəsbi-mətanət səy ilə bünyani-hürriyyət.
Vətən övladı qəmpərvər, vətən viranəzar olmuş,Xərababad bir mülkü edər imran hürriyyət.
Bu ədvari-maarifdə bütün millətdən əfzuntər--Gərək biz milləti-islam olaq cuyani-hürriyyət.
Neçin kim, binəsibiz biz hüquqi-adəmiyyətdən,Həqi-məşruimizçin olmalı qurbani-hürriyyət.
Bu ol əsri-təməddündür əsasü rükni həqqiyyət:Müsavat, ədalət, bir dəxi ünvani-hürriyyət.
Basıldı ləşkəri-bidad, məqhur oldu istibdad,Livayi-nüsrətin dikdi bu gün sultani-hürriyyət.
Bəşarət, əyyühəl-ixvan, tiği-ədlpərvərlə -Edib pakizə şəhrin zülmdən xaqani-hürriyyət.
Kimi hürri-əmir olsun, kimi əbdi-əsir olsun -Bunu cayiz görər zənn eyləməm divani-hürriyyət.
Ucaldıb rayəti-ədli, de ayati-müsavati,Elə eyvani-zülmü xak ilə yeksan, hürriyyət!
Bizə səndən yetər imdad, sənsən rəhbəri-irşad,Sənə hər dəmdə vacibdir qılaq şükran, hürriyyət.
Bü rahi-pürxətərdə ey bəsa əhrari-qəmpərvər -Edib ibrazi-qeyrətlə özün qurbani-hürriyyət.
Həqiqət hürr olanlar səy edər nəfi-rəayayə,Keçib ən sevgili candan verərlər can, hürriyyət.
Kitabxana.az · https://kitabxana.az/en/works/hadi-birinci-dumanin-iniqadi-munasibetile-soylenmisdir
Use ← → keys to move, R for a random poem
More by this author
Əgər aqilsən, et kəsbi-həqiqət,Həqiqətdir qalan, ey əhli-fitnət!
Şamda qəhətlikBöyük bir qəhətlik tutdu Dimaşqi,Unutdu yarlər əzvaqi-eşqi.
Hekayeyi-eşqEşitdim mən ki, Məcnuni-diləfkar –Olunca mövti-Leyladən xəbərdar,
Əgər insaf ilə sorsan, həqiqətƏgər insaf ilə sorsan, həqiqət, –Deyil bu hal şayani-ədalət.
Poems by other poets · Homeland
Aşıq, gəşt eləyib ağır elləri,El içində namus, arı unutma.
Gəncənin qırğınıGörən, bilən, eşidənlər yansınlar,Gör nə yaman oldu halı Gəncənin,
SevdiyimNə müddətdir dolanırsan elləri,Ellər nə diyarə getdi, sevdiyim,
Qəm yemə, səbr et, bu da yahu keçərZülməti-şər bulsa da bir dəm zəfer,Pərtövə hökm etsə də zülmət əgər,