Fəzaili-insaniyyə
İnsan o zatdır ki, vəzaifşünas ola,Nəxli-əməl misali səmərbəxşi-nas ola.Fəyyaz ola günəş kimi gülzari-fitrətə,Pərtövfəşani-feyz ola biği-şəhadətə.Bir abi-saf tək çəməni xəndəzar edə,Amalımız şükufələrin təbdar edə.Meydan qəhrəmanı, hüquqaşına gərək,Nuri-həqiqət ilə dili rövşəna gərək.İfa edər vəzifəşünasan xidmətin,Məs'udü bəxtiyar qılar mülki-millətin.Şayani-e'tibar olur ol zati-alişan,Nəcmi-muradımız olar onda ziyafəşan.Bir gözdə, bir nəzərdə tutulsun gərək miləl,Ta meyvəbəxşi-aləm ola şaxeyi-əməl.Dünya vətən, bütün bəşər ixvani-tiyndir,Əqvamı bir görər o ki, əhli-yəqindir.Bir cənnəti-üxüvvət edin baği-aləmi,Hifz eyləyin kərameti-əbnayi-Adəmi.Dəfn eyləyin məzari-ədəmdə ədavəti,Ehya edin cahanda nami-məhəbbəti.Daxil olanda səhneyi-Şurayi-ümmətə,Təslim edin hər işləri dəsti-ədalətə.Dərpiş edib vəzaifi-övladi-millətı,Məmnun edin düçari-qəm olmuş cəmaəti.Sizlər həkimi-dərdşünasi-ənamsız,Bir şanlı qəhrəmani-zəvil' ehtişamsız.
Kitabxana.az · https://kitabxana.az/en/works/hadi-fezaili-insaniyye
Use ← → keys to move, R for a random poem
More by this author
Qaranlıqdan çəkək əl, gər ziyayi-nur lazımsa,Edək dəryad əsayi-ictihadı Tur lazımsa.
Məhəmmədəli şahın qulağına azani-intibahSəhneyi-İranı döndərdin bəla səhrasına,Əzmü qəsd etdinmi “şahim!” mülkünün ifnasına?
Məhbubeyi-ruh – Mənfureyi-ruh və mükalimələriMəhbubeyi-ruhFitrətən mən sevimli bir gözələm,
Milli nəğmələrEy bağı-vətəndə açılan tazə nihalan!Şamü səhər olmaq gərək ürfanə şitaban.