Məhbubeyi-ruh

Fitrətən mən sevimli bir gözələm,
Baxışım ruhu cilvədar ediyor,
Gülüşüm qəlbi xəndəbar ediyor,
Ruh üçün iştə qayeyi-əmələm.

Mənfureyi-ruh

Fitrətən gərçi mən də mənfurəm,
Süslərəm kəndimi, bəzəndirərəm,
Məğzsizlərə çox bəyəndirərəm –
Özümü, söylərəm ki, mən hurəm.

Məhbubeyi-ruh

(Məsxərəamiz bir təbəssümlə)
Ah, bədbəxt məxluq!
Arizi rənglər müvəqqətidir,
Rəng odur bəxşişi-təbiət ola,
Cövhəri-abdari-qüdrət ola.
Bu gühər calibi-məhəbbətdir.

Mənfureyi-ruh

(Əsafili-nisvanə məxsus iyrənc, dadsız
və qeyri-təbii bir qəhqəhə ilə)
Sənə məyyal olan beş-onsa belə –
Bu zəmini-zülampərvərdə,
Gəl təmaşayə, gör də hər yerdə –
Mənə aşiqlər iştə minlər ilə.

Məhbubeyi-ruh

Yəqin bil və inan!
Sürəməz çox bu şanü daratın,
Hali-hazır olur düçari-zəval,
Parlayar vechi-paki-istiqbal,
Kəfənindir sonunda zülmatın.

Mənfureyi-ruh

Hali-hazırda hökmdar mənəm,
Mənə lazım deyildir istiqbal,
Edəməm mən səbahi böylə xəyal,
İşbu günlərdə kamkar mənəm.

Məhbubeyi-ruh

Ey qaranlıqdan istifadə edən,
Çıxacaq sübhlər, nəhar olacaq,
Lə'nlərdən sənə məzar olacaq,
Ey olan ləkkeyi-cəmali-vətən.

Mənfureyi-ruh

Ən qaranlıq könüllər iştə mənə –
Şimdilik bir məzari-rəhmətdir,
O könül kim, ziyali türbətdir,
Olsun o qəlblər məzar sənə!

Məhbubeyi-ruh

Lə'nətin caygiri-vicdandır,
Kəsb qıldın böyük-böyük nifrət,
Lə'nlərdən alırmısan ləzzət?!
İştə al, lə'nlər həzarandır!

Lisani-ilham

Həqqə tabavər olmadı batil,
Olamaz ta ki var cahani-vücud
Həqq olur calisi-səriri-xülud,
Batil eylər həyatini tə'til.
Ey müariz, nəzər qıl əfaqə!
Səfhəsində şu söz mühərrərdir:
Əbədiyyən ziya müəmmərdir!
Ey siyəh, bax şu lövhi-bərraqə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets