Pay dər qeydi-əsarət yaşamaqdansa əgər,Hürr ölmək belə min vüsləti-dildarə dəyər.

Səlli-seyf eyləyərək şanlı atıl meydanə,Mərdlik dəhrdə yüz min düri-şəhvarə dəyər.

Eylə izhari-həqiqət, nə təbəsbüs yeridir?Çün "ənəlhəq" deyənin başı səri-darə dəyər.

Hümmətin süst qılıb kardan əl çəkmə, səbəb?Xəlqə xidmət nə qədər məxzəni-dinarə dəyər!

Qiymətin etməsə təqdir vətən əhli, nə qəm,Bu açıqdır ki, məlamət oxu əhrarə dəyər.

Sal nəzər nəf'i-ümumiyə, ey ərbabi-səbat!Olma rəncidə bu yolda ayağın xarə dəyər.

Lövheyi-fikrinə yaz: "hübbi-vətən" ünvanın,Vətənin xaki-siyahi zəri-nəvvarə dəyər.

Hübbi-Leylayi-əməldə bu yəqindir, Hadi:Səngi-kudəkmənişan Qeysi-fədakarə dəyər.

Xəlqdən kəs təmə'i eylə də ibrazi-hünər,Nuri-həq çöhrəsinə azü təmə pərdə çəkər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love