Yazıq millət!
Səfalət bizdə, zillət bizdə, hər dürlü bəla bizdə,Əcanib pazpərvərdi-ğina, rəncü əna bizdə.
Sənaye sayəsində kəsbi-şövkət qıldı qərbiyyuh,Baxın biz əhli-Şərqə, məskənət, nəğmət, cəfa bizdə.
Maarif yox, sənaye yox, ticarət yox, ziraət yox,Dərüni-qəflət içrə qalmışıq, yoxdur ziya bizdə.
Qılır gündən-günə kəsbi-təali qövmlər, qaldıq –Tədənni guşəsində xar, yoxdur e'tila bizdə.
Bu ibrətgahdən bir dərsi-ibrət almırız, bilməm, –Həqiqət, yoxmu iste'dadü asari-zəka bizdə?!
Təməddün elmi-əbdan ilə olmuşkən təcəllisaz,Bu elmi-məs'ədətbəxşə niçin yox e'tina bizdə?!
Niyə biz qılmırız təqdir qədrin elmi-əbdanın,Kor olmuş yoxsa, Hadi, dideyi-qiyamətnüma bizdə?!
Təcəddüdbəxş ikən ədvari-növayəndeyi-aləm.Həzar əfsus, kim var, köhnə fikr, əski qafa bizdə.
Bu məşhur məsəldir: "kor əlindən tutduğun qoymaz",Biz iştə tutmuşuz cəhli, səbəb: çün var əma bizdə.
Tədənnipərvəranız, düşməni-ənvari-ülviyyət,Onunçün sim-siyahız, zərrə çox nuri-əla bizdə.
Kitabxana.az · https://kitabxana.az/en/works/hadi-yaziq-millet
Use ← → keys to move, R for a random poem
More by this author
Könlüm cəhimi-eşq, zəbanim zəbanədir,Şe'rim odur ki, qəlbi yaxar, müriqanədir.
TəavünNaili-bər olmaz insan qılmayınca bəzli-mal,Siz təavün eyləyin, biz də qılaq kəsbi-kəmal.
Türkün nəğməsiTürkün tökülən qanları bihudə gedərmi?Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?
Tövsiyyeyi-mürğXitab eylər bizə bir mürğ, der: insanlar, insanlar!Nədir tutmuş cahanı nalevü əfğanlar, insanlar?!