Naili-bər olmaz insan qılmayınca bəzli-mal,Siz təavün eyləyin, biz də qılaq kəsbi-kəmal.

Nəf verməz şəxsə istiqbalda övladi-vəsim,Mənfəətbəxşaydır insanə bir qəlbi-səlim.

Calisi-təxti-maarif olmağa himmət gərək,Pərvərişyabi-fünun olmaqlığa cövdət gərək.

Pərgüşayi-e'tila olmaqçın övladi-vətən,Şəhpəri-himmət gərəkdir olsun, ey əhli-fətən.

Şurezarə saçmayın toxmi-əməl, verməz səmər,Kəştzarə danə saç, vaxtında bəxş etsin bəhər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets