Baxılsa eyni-həqbin ilə aləm Turi-Sinadır,Giyahi-mövcəzən ahəngi-lahutilə guyadır.Şəcərlərdən, vərəqlərdən gəlir gülbangi-ya Musa!Lisani-xilqəti dərguş edər ol kəs ki, şinvadır.Təcəllabəxşi-kuhsari-cahandır nuri-atəşrəng,Çiçəklər, qönçələr, güllər təcəlligahi-mə'nadır.Cahan mir'ati-hüsni-dilfiribi-dilbəri-hikmət,Gəhi zülmət olur, gəh qəlbi-arif tək mücəlladır.Büluri-kainatə in'ikas etdikcə hürriyyət,Təcəddüdpərvəranə rənglərlə çöhrəpiradır.Cahan büllurasa rəngi-gunaguni cəzb eylər,Həqiqət bir, təcəlla latənahi, gör nə imadır!Nələr parlar, həqiqət, şəmsi-aləmtabi-hüsnündən -Ki, hər bir zərrəsi heyrətrəsi-idraki-danadır.Nələr eylər təzahür lövhi-məhfuzi-təbiətdənKi, hər bir nöqtəsi gəncineyi-sirri-xəfayadır.Nələr peyda olur seyli-xüruşani-həqiqətdən –Ki, hər bir qətrəsi ümmani-bipayani-mə'nadır.Nə müdhiş mövcələr təşkil edir bu bəhri-dəhşətnak -Ki, hər bir mövcü hövləngiz, yə'samiz, qəmzadır.Həqiqi abid olsa, bir ibadətxanədir aləm -Ki, hər bir kövkəbi Hadiyi ərşi-rəbbi-ə’ladır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love