Kitabi-təbiətdən bir vərəq

Xürrəm olur bahar görəndə xüramini,Gülməzmi qönçələr görələr ibtisamini?

Xüramə gəl, a sevgilim, nihali-sərvzari gör,Çıx, ərzi-ibtisam qıl, bahari-feyzbari gör,Gəzib çəməndə, bülbülüm, güli-şükufəzari gör,Şu növşükufə güllərin üzündə əksi-yari gör,Şükufələrdə bərq uran ziyayi-ibtisamə bax,Əsəndə nəfheyi-səba, çəməndə bir xüramə bax,Nəsim önündə səfbəsəf səlami-ehtiramə bax,Nəzərfiribi-nazirun şu cilveyi-qaramə bax:Bu cilvəgahi-hüsndə cəmali-gül'üzarı gör.

Parıldayır gümüş kimi çəməndə cuyi-mövcədar,Axar dəruni-bağdə, qılar riyazı tabdar,Bulaqlar əşkrizi-qəm, tərənəsazdır həzar,Bu lövheyi-həyatdan al aqil isən e'tibar:Rümuzi-sün'ü anlamış, nəşaidi-həzarı gör.

Çiçəklərin vərəqləri kitabi-e'tibardir,Vərəqlər üzrə sətrlər xütuti-dəsti-yardir,Bu lövhəzari-mə'rifət dəlili-kirdgardir,Baxılsa çeşmi-huş ilə cahan ki, vəhyzardir,Hicabi-əqli çak edib cahanda vəhyzarı gör.

Əşi'rizi-feyzdir səmadə şəmsi-xavəri,Nəsimi-ruhbəxş edir çəməndə zində gülləri,Bu mənzəri-nəzərrüba oyandırır könülləri,Fərəhfəzayi-ruhdir yaşıl-yaşıl çiçəkləri,Behiştdən nişan verir, fənadə xüldzarı gör,

Təfərrüc ilə seyr qıl bədayeyi-təbiəti,Cahan ki, bir cəridədir əgər bilsə qiyməti,Keçir gözündən, ey gözüm, cərideyi-həqiqəti,Bu təb'gahi-sün'də çıxan kitabi-hikmətiNigahi-intibahə al, sərairi-nigarı gör!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring