Bu yük altındakı bir insandır,Milləti-dağidari-İrandır.

Gərçi heyvan deyil, cəfalərdən –Haləti tibq hali-heyvandır.

Kəsrəti-zülmdən xudaya yəmin,Ömrdən sir, mərgi cuyandır.

Uzun illər vətəndən ayrılmış,Sərsəridir, həzinü nalandır.

Mərgdən başqa tərki-aləm edib,Xaliqindən məmatı xahandır.

Qəsəm olsun cahanda mən kimi həp –Əhli-İran səd həzarandır.

Gecə-gündüz qərib yerlərdə –Bir quru əkməyə şitabandır.

Bəsləyir zəhmətilə molla, qazı,Bəyə əkmək verir, səgi-xandır.

Bu iki misraı edib təzkar,–Nə qədər canı varsa guyandır:

Eylərəm dad, ta alınsın dad,Mülk ola çarəyabi-istibdad!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets