Mahi-Kən'anın gəlir, ey piri-Kən'an, qəm yemə,
Beyti-əhzanın olur bir gün gülüstan, qəm yemə.
Ey dili-möhnətzədə, ol şadü ləbrizi-məsər,
Kəsbi-cəm'iyyət qılar dil, fikr, vicdan, qəm yemə.
Bir-iki gün dönmədisə çərx bərvəfqi-murad,
Daima qalmaz bərabər hali-dövran, qəm yemə.
Gər bahari-ömr ola, ey bülbüli-qüdsinəva,
Sahəzibi-feyz olur ya bülbülüstan, qəm yemə.
Olma hərgiz naümid agəh deyilsən qeybdən,
Pərdə içrə yox deyil əsrari-pünzan, qəm yemə.
Kə'bə şövqilə gər olsan xətvəndazi-məram,
Sərzənişlər qılsa da xari-müğilan, qəm yemə.
Bir cəhətdən tə'ni-düşmən, bir tərəfdən hicri-dost,
Hali-qəmpərvərləri bilməzmi rəhman? Qəm yemə.
Titrədirsə kainatı sərbəst seyli-fəna,
Nuhdur çün kim, sənə məllahi-tufan, qəm yemə.
Şahidi-mətlub napeyda və mənzil hövlnak,
Hansı yoldur olmasın ol rahə payan? Qəm yemə.

Nurbəxşayi-cahandır “Babi-elmi-Mustafa”,
Ey könül, oldun mühibbi-şahi-mərdan, qəm yemə.
Xaneyi-fəqrü şəbi-müzlimdə xəlvət, Hafiza,
Ta sənə virdi-zəbandır dərsi-Qur'an, qəm yemə.


Hadiya, şe'ri – “Lisanül-qeyb”ə oldun tərcüman,
Ruhi-Hafizdir sənə hər dəm sənaxan, qəm yemə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring