Ey on dörd yaşa ermiş nuri-çeşman!Oğul! Kəsb eylə elmi-dinü əbdan.O gün ki, yeddi yaşındaydın, övlad,Çəməndə gül kimi qönçəydin, övlad.Yetişdi şimdi kim, on dördə yaşın,Erişdi sərvvəş balayə başın.Deyildir vəqti-bazi, olma qafil,Hünər övqatıdır, kəsb et fəzail.Üluma talib ol, öyrən maarif –Ki, görsünlər səni gün-gündən arif.Təfəyyüz göstər, ol amalə vasil,Mənə övlad olmaqdan nə hasil?Müzəffər ol, qıl ehrazi-bəsalət,Xüluq ol, eylə ehrazi-səadət.Dilərsən sərvət, əldə eylə alat,İbadullaha qıl, oğlum, müraat!Haçan dərpiş qılsan bir xəyalı,Xudanın qorxusundan olma xali.İşində eylə fövqəladə diqqət,Sənə üz verməsin axır xəcalət.Könül qoysan bu pəndi-sudməndə,Olursan bəxtiyar, ey nuri-didə!”Cəbinində füyuzi-qabiliyyət, –Əyandır səndə ənvari-zəkavət.Əvət, əş'ar ülvi mərtəbətdir,Şu elmi kəsb qıl, pürmənfəətdir.Buyurmuş “fəxri-aləm”: elm elman.Biri əbdan, digər elm elmi-ədyan.Edər bunlarla millət kəsbi-qüvvət:Fəqahətdir, sənaətdir, təbabət.Əsasi-şə'rdir bunlarla qaim,Səmayi-dindir bunlarla daim.Fəqih ol, ittiqapərvər və dindar,Fəqihi-pürdəsais olma zinhar.Təbib ol, can bağışla mürdəganə,Nəinki mövt bəxş et zindəganə.Əgər kəsb etsən elmi-dinü əbdan,Olursan hörmətü təqdirə şayan.Ülumu eyləsən ehraz hərgah,Olursan hər iki aləmdən agah.Haçan bir elmü fənn etsən qiraət,Mükəmməl bilməyə sərf eylə qeyrət.Külahduzi-dağəldən, ey diləfruz, –Həqiqət, yaxşıdır qabil palanduz.Əməl səndən, oğul, məndən nəsihət,Edər bədbəxt insanı ətalət.Su misli gərçi söz də basəfadır,Söz ol sözdür ki, azdır, bixətadır.Nə rütbə olsa da su pakü safi,Çox içmək səhhətə oldu mənafi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wisdom and advice