Sevgilim əhbabi məndən qət ediblər ülfəti,Həp cüyüşi-cəhli-təsxir eləmiş həqiqəti!..

Ittihadi-mənəvi məhv oldu lövhi-əsrdən,Eyləmiş cəsusi-qəflət dərmiyan ziddiyyəti!

Əşki-çeşmimdir buludlardan yağan əmtarlər,Dudi-ahımdan dürər şəmsin şüai hiddəti!..

Ümmət dad etdikcə istiğnayi ərbab qana,Əqrablıq puç olub məhv eyləyir qövmiyyəti!.

Vasif!.. Məqtudur həbl ələmiyyətən ittifaq,Iştə məfrud ittifaqın parlayan ülviyyəti!İftixar əhli-aləm elmədir! Biz çox əcəb,Cəhlə qarşu tutmuşuq min şövq ilə ünsiyyəti

Elmdir bağımızın hasili hüriyi-cənan,Cəhldir teyyi-cəhənnəm nardən üzviyyəti!

Ah! Ey əğrazi şəxsiyyət sevənlər şərm edin,Müzməhill etdi şu əğərr əziyyətlər milliyyəti!

Qaldılar bitərbiyət ətfali-məsumi-vətən!Gülüstani-millətin bunlar deyilmi zinyəti!

Cəm olub qət eylədin əşcari-nəhsi-nəxvəti!Bər behişti asa qılın siz elmi-mədəniyyəti!!!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wisdom and advice