Bir küçəm var buxartanaQələndər-a-qələndər!İşçi yaşar buxartana,Qələndər-a-qələndər!Şalmanı var buxartana,Qələndər-a-qələndər!Lampası var buxartana,Qələndər-a-qələndər

Çolma-çocuq bir sürü,Məktəbə getməz biri.Yaxında yox məktəbi,Burda başlanır şəbi.Məktəb üçün müxtəsərƏlli palan yol gedər.Yol da nə yol, beyləsinHeç analar görməsin!Yayda tozu ətəkdən,Qələndər-a-qələndər!

Qışda çamur göbəkdən,Qələndər-a-qələndər!Keçən keçir yıxılır,Əl-ayağı burxulur.Yağış yağa, çocuq qızYol gedəməz lodkasız.Günüz kim evdən çıxa,Batar yolda palçığa.Baxırsan altdan dağa,Lehmə çıxıb qurşağa.Nə at keçər, nə fayton,Qələndər-a-qələndər!

Yol gedəcəksən soyun,Qələndər-a-qələndər!Xəstəxana tapılmaz,Xəstəyə çarə olmaz.Naxoşların başına kül,Qış gəlmədən uzan öl.Həkimçin pul day yoxdur,Gəlməyə yol da yoxdur,Yaxşı olan çağı yox,Bağçası yox, bağı yox.Hey ara, axtar hanıBaksayuzun dükanı.Üst tərəfi zibillik,Qələndər-a-qələndər!Zibil beş-altıillik,Qələndər-a-qələndər!

Hərdəm yada salınır,Vergi, naloq alınır.Hər ay başı dübbədüzOn beş, otuz, əlli, yüz.Özgə zaman kim bilir,Ordakı var ya ölür.Keşik pulu verirsən,Qələndər-a-qələndər!Bir köpəkdir, bir də sən,Qələndər-a-qələndər!

Günüz milis tapılmaz,Gecə keşikçi olmaz.Oğru çalır fışqırıq,Var hünərin bayıra çıx.Səslər gəlir biqərar,Qələndər-a-qələndər!Dad məni tutdular,Qələndər-a-qələndər!

Əhali çox, yer geniş,Məsələ qaldır geniş,Dayoş “kommunxoz” (davay),Çək yuxarı tramvay.Düzəlsə bunlar əgərRahat olar işçilər.Indilik olsun təkiBir döşəmə, bir səki.Bircə ayaq bassalar,Gəlib qulaq assalar,İşçilər eylər haray:Qələndər-a-qələndər!Quqquluqu mostavay,Qələndər-a-qələndər!

Bir küçəm var buxartana,Qələndər-a-qələndər!Işçi yaşar buxartana,Qələndər-a-qələndər!Fayda görür buxartanaQələndər-a-qələndər!

Üstü sənin, altı mənim, tap görək!– 4-cü Tazapir dalanı.– Yalan, yalan, yalan, yalan– O da belədir, yox ki, bunun yalanı.– Yalan, yalan, ver Tazapir dalanına.– Bu küçə Dağlı məhəlləsi.– Yalan, yalan, ver dediyin məhəlləyə.– O da belədir, yox ki, bunun yalanı.– Yalan, yalan, ver dediyin məhəlləyə.– Poçtovının kəlləsi.– Yalan, yalan, yalan, yalan.– O da belədir, yox ki, bunun yalanı– Vergilən Poçtovıya.– Böyük Salyan küçəsi.– Yalan, yalan, yalan yalan.Tapmışam.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire