Bahar
Novbahar oldu, günəş şölələnib nur saçır,Qar ərir sellər axır, ot göyərir səhradə.
Yeni çıxmış gülə baxdıqca da bülbül dil açır,Gül budağına qonub nəğmə oxur azadə.
Dərələr, dağlar, ağaclar yaşıl, əlvan hər yan,Sərbəsər xələti-ətləslə bəzənmiş gülşən,
Bu nə qüdrət ki, ona olmamaq olmaz heyran!Xaliqin qüdrəti-bihəddinə əhsən, əhsən!
Ah, yellər nə həzin, fikr elə, san ney çalınır,Hanı bəs qışdakı evlər uçuran qüdrətiniz?
Indi gör əsməyinizdən nə gözəl zövq alınır!Unudulmuş o sudan qar yaradan hiddətiniz.
Bağa bax, bostana bax, bağçaya bax, gülləri gör,Gülü gör, bülbülü gör, zövq apar dünyadən.
Xaliqin qüdrətini bil, bu yaranmışları gör,Yatma, dur bax, götür əl qəfləti-bipərvadən!
Kitabxana.az · https://kitabxana.az/en/works/cabbarli-bahar
Use ← → keys to move, R for a random poem
More by this author
Evini Allah yıxsın, a Baba, Dum əməllərindən qabaq bizim evimizi sən yıxdınki, elə dedin: “Qız gərək oxusun, qız gərək oxusun!”
AtəşEy əzizim, bir belə bəsdir dedin,Seyyidü axund, molla söhbətin.
ÇalmaQoy bir azacıq rahət ola canım, a Şeypur!Çalma mən ölüm, partladı vücudanım, a Şeypur!
Ağa ŞeypurYazdım sənə bu naməni pünhan, ağa Şeypur!Xəlvətdə oxu, tap mənə dərman, ağa Şeypur!
Poems by other poets · Nature and spring
Nazlı dilbər, nə yaraşır qəddinə,Tirmə məndən, kəmər məndən, bel səndən,
Övzai-dəhrü kari-cahanü dövrü-ruzigarÖvzai-dəhrü kari-cahanü dövrü-ruzigar,Daim təğyir ilə təbdil qılıb şüar.
Yoxsul üz üstündə gedirEl acından qırılır, dava miz üstündə gedir,Hərə, bir yana çəkir, yoxsul üz üstündə gedir.
Gəlir keçərEy dil, həmişə gərdişi-dövran gəlir keçər,Hər gün cəfa və möhnəti-hicran gəlir keçər,