Ey əzizim, bir belə bəsdir dedin,Seyyidü axund, molla söhbətin.Varsa gücün, indi bir az yazgilən,Şairi-mahir, üdəba söhbətin.

Al qələmi, yaz oları adbaad,Şair ola, mair ola, bisavad.Söylə, nədir, şair, deməkdən murad:Ərzi qoyub, yazma səma söhbətin.

Bir də görürsən ki, yazırlar bizə.Çarşab ilə yaxşı deyil qız gəzə.Sözləri lap biməzədir, biməzəYaz bunları, at ülamə söhbətin.

Xalqa deyirlər: “Eləyin ittifaq”!Bir deyən olsun bulara, ay qoçaq,Bəs özünüz eyləyəcəksiz haçaq?..Xalqa deyirsiz bu xuda söhbətin.Vodka içirlər ağa tək özləri,Biz bir az içsək ovurlar gözləri.Ey əzizim, yaz bu gözəl sözləri!Yazma dəxi molla yava söhbətin.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire